
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxıda inşa olunan 2 nömrəli körpələr-evi uşaq bağçası istifadəyə verilib YENİLƏNƏCƏK
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxı şəhərində inşa edilən 2 nömrəli körpələr-evi uşaq bağçasının mayın 25-də açılışı olub.
Economic.Az AZƏRTACa istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
110 yerlik bu müəssisədə uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb, bütün otaqlar lazımi avadanlıqla təchiz edilib. Burada balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxması, sağlamlıqlarının qorunması diqqət mərkəzində saxlanacaq.
Dövlətimizin başçısının Şamaxıya səfəri zamanı Meysəri kəndində də yeni uşaq bağçası istifadəyə verilib. Kənd yerlərində belə bağçaların inşası ölkəmizdə şəhərlə kənd arasında fərqin getdikcə aradan qaldırılması üçün atılan mühüm addımlardandır.
BƏNZƏR MƏQALƏLƏR
KİVDF 19 qəzetin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edib
Economic.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət […]
Neft Fondunun dekabrdakı valyuta hərraclarında dollar satışı artıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən dekabr ayı ərzində valyuta hərraclarında 637,74 milyon ABŞ […]
KİVDF TƏRƏFİNDƏN İLK DƏFƏ – JURNALİSTLƏR ÜÇÜN PULSUZ PEŞƏKAR TƏLİMLƏR!
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən jurnalistlər üçün […]