
Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı marafonu-2022” keçiriləcək.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 15-də “Bakı marafonu-2022” keçiriləcək.
“Küləyə qalib gəl” şüarı altında beşinci dəfə keçiriləcək Bakı marafonu bu il fərqli marşrutda təşkil ediləcək. Yarışın start nöqtəsi ilə yanaşı, finişi də Dövlət Bayrağı Meydanında olacaq və 21 kilometrlik məsafəni əhatə edəcək.
Yarışda iştirak üçün martın 25-də başlayan qeydiyyat prosesi mayın 10-dək davam edəcək. On səkkiz yaşdan yuxarı şəxslər bu müddətdə Bakı şəhərinin ticarət mərkəzlərindəki (“28 Mall”, “Gənclik Mall”, “Dəniz Mall”) qeydiyyat məntəqələrinə və ya “Bakı Marafonu-2022”nin saytına – www.marathon.az müraciət edə bilərlər.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 15-də keçiriləcək “Bakı Marafonu – 2022” ilə bağlı videoçarxı təqdim edirik. https://we.tl/t-t7OM7FPCGX
BƏNZƏR MƏQALƏLƏR
Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq
14 may saat 08:00-dan 15 may saat 20:00-dək Nizami rayonu, Qara Qarayev prospektində (YAP-ın təşkilatının inzibati binasının önü) aparılacaq təmir işləri ilə […]
Şirkət avtomobillərində qəza zamanı ziyan necə ödəniləcək? – Detallar – VİDEO
Bəzi hallarda şirkət avtomobili ilə qəza törədən sürücülər, hüquqlarını bilmədiyindən ciddi problemlərlə üzrləşirlər. Onlardan biri […]
Bu gün Xarıbülbül festivalı başlayır
Bu gün Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şuşa Şəhəri […]