MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

hesablama palatası

Hesablama Palatası iki sosial dövlət fondunun gələnilki büdcəsinə rəy verib

Hesablama Palatasıında, qurumun sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə kollegiya iclası keçirilib.

Məlumata görə, iclasda “Hesablama Palatası haqqında” və “Büdcə sistemi haqqında” qanunlara uyğun olaraq iki məsələyə – “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihələrinə verilmiş rəylərə baxılıb. Müzakirələrdə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev də iştirak edib. Hər iki rəy müzakirə olunaraq təsdiq edilib./Report.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top