MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

birja

Hərrac ərəfəsində “Bloomberg”də dollar düşür

Valyuta hərracı ərəfəsində “Bloomberg” terminalında dollar nisbətən ucuzlaşıb. Banklar arasında dollar günə 1.6813 manat məzənnəsi ilə başlasa da, saat 12.10-da 1.6700 manata qədər düşüb. Bu isə səhər saatlarında edilən ticarətlə müqayisədə 0,67 % ucuzlaşma deməkdir. Qeyd edək ki, dollar terminal üzərində ötən günü 1.6650 manat kursu ilə yekunlaşdırmışdı.

Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur. Valyuta bazarlarında dolların bahalaşması banklar arası valyuta ticarətində də dolların dəyər qazanmasına təsir edib.

Fins.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top