Hərbi qulluqçuların vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində tədbirlər keçirilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Hərbi qulluqçuların vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində tədbirlər keçirilib

Bərdə, 10 aprel, AZƏRTAC

Qarabağ iqtisadi rayonunda yerləşən N saylı hərbi hissələrdə hərbi qulluqçuların vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində tədbirlər keçirilib.

Gəncə Qarnizonunu İdeoloji və Mədəniyyət Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti Boran Əzizin iştirakı ilə keçirilən tədbirlərdə Azərbaycan tarixinin XIX-XX əsrlər dövrü, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti, XX əsrin sonlarında dövlət müstəqilliyinin bərpa edilməsi ilə bağlı söhbətlər aparılıb.

Hərbi qulluqçuların mövzu ilə bağlı sualları cavablandırılıb, xatirə şəkilləri çəkdirilib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top