MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

su

Hər səhər görülən bu vərdişlər gün ərzində enerjili olmağımıza kömək edəcəkdir!

1. Gülümsəyin!

Əgər xoşbəxt olmaq və gözəl bir gün keçirmək istəyirsinizsə heç vaxt gülümsəməkdən çəkinməyin. Gülümsəmək həm sizi, həm də qarşınızdakını səadətə sövq edəcəkdir. Bu səbəbdən günə gülümsəyərək başlayın.

 

2. Gərilmə məşqi edin!

Yataqdan qalxar-qalxmaz görəcəyimiz ilk iş bütün bədənimizin açılmasını təmin edəcək gərilmə hərəkətlərini etməkdir. Gecə boyunca hərəkət qabiliyyətimiz məhdud olduğu üçün səhər qalxar-qalxmaz keçirəcəyimiz dartılma hərəkətləri qandövranımızı sürətləndirir və əzələlərimizi açır.

 

3. Musiqi dinləyin!

Məhz bu çox mühümdür! Dərhal özünüzə yaxşı bir musiqi seçin və səhər enerjinizi özünüzə gətirməsi üçün saat 10-dan əvvəl mütləq qulaq asın. Çünki musiqi dinləmək beynimizə dopamin buraxıb xoşbəxt hiss etməsini təmin edir.

 

4. Meditasiya edin!

Meditasiyanın sizə verdiyi təsiri saymaqla bitirmək olmaz, ancaq ən məlum olanlar müvazinəti artırması, immuniteti gücləndirməsi və təbii ki, bizim ən çox axtardığımız enerji və xoşbəxtlik verməsidir. 20 dəqiqənizi ayırıb meditasiya etməyiniz kifayətdir. Xatırladaq ki, peşəkar səviyyədə olan bir meditasiya olmaya da bilər. Əsas olan rahatlığınızı təmin etməyi bacarmaqdır.

 

5. Təşəkkür edin!

Elm insanlarının da sübut etdiyi təşəkkür və minnətdarlıq hissi xoşbəxtliyə səbəb olur. Məmnuniyyətsiz fikirləri başınızdan atıb, həm həyata, həm də ətrafa qarşı minnətdarlıq hissi içində olmaq size rahatladacaq.

 

6. Günlük etməli olduqlarınızın siyahısını hazırlayın!

Gün ərzində etmək məcburiyyətində olduğunuz və görmək istədiyiniz işlərin siyahısını hazırlayın. Bu siyahını əhəmiyyət sırasına görə edin. Beləliklə, ay mən nə edəcəkdim kimi boşluqlara düşməmiş olacaqsınız və gününüzü sistematik bir şəkildə keçirmiş olacaqsınız.

 

7. Dağınıqlığı aradan qaldırın!

Otağınızdakı paltarlar, mətbəxdəki çirkablar, ofis masanızdakı lazımsız əşyalar, bunların hamısı sizi yorğunluğa sövq edəcək amillərdir. Baxdıqca gözünüzdə büyümesin deyə dərhal səliqəyə diqqət edin.

 

8. Bol su için!

Su həyat, xoşbəxtlik və sağlamlıq mənbəyimizdir. Bu səbəbdən xüsusilə səhər saatlarında bol miqdarda su istehlak etməlisiniz.

 

9. Tək bir işə adaptasiya olun!

Beyninizin eyni anda bir çox işi birdən etməsinin qeyri-mümkün olduğunu bilirdinizmi?

Bu səbəblə işlərinizi bir-bir etməyi vərdiş halına gətirməlisiniz. Çünki eyni anda birdən çox işə diqqət yetirdikdə, heç birini tam olaraq edə bilməyəcəksiniz. Digər tərəfdən, tək bir işə özünüzü verdikdə isə beyniniz tam gücü ilə o iş üçün çalışacaq və təbii olaraq da o iş asanlıqla qurtaracaq.

 

10. Hərəkət edin!

Daha yaxşı çalışan bir beyin üçün hərəkət etməyin nə qədər vacib olduğunu bilməlisiniz.

Bu səbəblə hər gün məşq etməyi vərdiş halına gətirin. Sizə gedin bir idman salonuna daxil olun demirəm. Sadəcə, gün ərzində əzələlərinizi işlətməyə çalışın. Yarım saat, ya da ən azından 15 dəqiqə boyunca gəzin. Çünki daha çox hərəkət edən insanların beyninin daha sürətli çalışdığı məlumdur. Hərəkət etməyi bir kənara qoyun ayağa qalxmaq belə beynə fərq ediləcək dərəcədə müsbət təsir edir. Hətta bəzi mənbələrdə, insan beyninin ayaq üstə duranda 10% daha çox çalışdığı irəli sürülür. Yəni beyninizi dayanmış kimi hiss etdiyiniz dəqiqələrdə ayağa qalxıb bir neçə addım atmağı təcrübədən keçirin.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top