Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü ilə bağlı keçirilən “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsində “AtaHolding” ASC-nin kollektivinə diplom təqdim edilib.

Diplom “AtaHolding”in həmkarlar komitəsinin sədri Gülnar Əliyevaya verilib.

Müsabiqənin 2015-ci ilin yekunlarının nəticəsinə görə AHİK-in müsabiqə komissiyası 155-dən çox müəssisənin namizədliyini İcraiyyə Komitəsinin müzakirəsinə çıxarıb və sahə həmkarlar ittifaqını təmsil edən 42 müəssisə, təşkilat, sex və sahə daim yüksək göstəricilərə nail olduğuna görə qalib elan edilib.