MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

tozlu_hava_140317

Havada tozun miqdarı normadan 4.3 dəfə çoxdur

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə iyulun 23-də səhər saatlarından başlayaraq Bakı şəhəri və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib. Məlumata görə, tozlu hava şəraiti lokal xarakterlidir.

Tozlu havaya səbəb şimal-qərb küləyinin güclənməsi nəticəsində torpağın üst qatında formalaşan toz kütlələrinin atmosferin yuxarı təbəqələrinə qalxmasıdır.

Avtomatik monitorinq stansiyalarından əldə olunan məlumata əsasən hazırda havada tozun miqdarı sanitar normadan 4.3 dəfə çoxdur.

 Meteoroloji şəraitdən asılı olaraq tozlu havanın yaxın 2 gun ərzində davam edəcəyi gözlənilir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top