MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

yolda hərəkət məhdudlaşdırılır

Hava şəraiti ilə əlaqədar olaraq əsas avtomobil yollarının vəziyyəti

Economic:

S/sYolun adı (istiqamətlə)Mövcud vəziyyəti
1Bakı – Quba – Rusiya Federasiyası ilə dövlət sərhədiHal-hazırda marşrut boyu zəif qar yağır, yolun Quba və Qusar ərazisindən keçən hissəsində 4 dərəcə şaxta var. Nəqliyyatın hərəkəti təmin olunması istiqamətində yol qardan təmizlənir, enişlərə, həmçinin yoxuşlara duz qum səpilərək nəqliyyatın hərəkəti təmin olunur. 

Xınalıq istiqamətində yol boyu qar yağır, 8 dərəcə şaxta var. Yolun 35-37 km hissələrində 0.6-1 metr arası qar var və bu qarın yoldan təmizlənməsi üzrə işlər yekunlaşmaq üzrədir.

2Giləzi – XızıMarşrut boyu zəif qar yağır, 5 dərəcə şaxta var. Gün ərzində yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi istiqamətində müvafiq işlər aparılmış, hazırda bu istiqamətdə tədbirlər davam etdirilir. 
3Bakı – QobustanYağıntı yoxdur, güclü külək var. Şaxta 1-2 dərəcə təşkil edir.  Yolun 35-45 km hissəsində buzlaşma əmələ gəlmiş, hazırda bu hissədə nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində müvafiq tədbirlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
4Qobustan – Şamaxı – MuğanlıŞamaxı rayonu ərazisində zəif qar yağır, yolda qar yoxdur, 1-2 dərəcə şaxta var. Gün ərzində yolun buz bağlamış hissələrinə qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
5Muğanlı – Ağsu – YevlaxYolun Muğanlı-Ağsu-Göyçay hissəsinə zəif qar yağır, yolda qar yoxdur, Ağsu dolaylarında 1-2 dərəcə şaxta var. Gün ərzində yolun buz bağlamış hissələrinə qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
6Bakı – Ələt – HacıqabulYağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
7Hacıqabul – Ucar – YevlaxHacıqabul rayonu ərazisindən keçən hissədə yağış, Ucar və Yevlax rayonu keçən ərazilərdə sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti normaldır. 
8Yevlax – Gəncə – Qazax -Gürcüstan Respublikası ilə dövlət sərhədiYolun Tovuz-Qazax hissəsində sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
9Muğanlı – İsmayıllıQar yağır, 2-3 dərəcə şaxta var. Yolda qar yoxdur, kənarlarda qarın hündürlüyü 20-25 sm arasında dəyişir. Gün ərzində yol qardan təmizlənmiş, buz bağlamış sahələrinə, əsasən də meşə zolağından keçən hissələrə qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. 
10İsmayıllı – Qəbələ – Oğuz – ŞəkiQar yağır, İsmayıllı-Qəbələ rayonları ərazisində 1-2 dərəcə şaxta var. Yolda qar yoxdur, kənarlarda qarın hündürlüyü 10-25 sm arasında dəyişir. Gün ərzində yol qardan təmizlənmiş, buz bağlamış sahələrinə, eləcə də körpülərə qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.  
11Şəki – Qax – Zaqatala –  Gürcüstan Respublikası ilə dövlət sərhədZəif qar yağır, yolda qar yoxdur, Şəki və Qax rayonları ərazisində 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
12Yevlax – Şəki (Göybulaq)Şəki rayonu ərazisində zəif qar yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. 
13Gəncə-Daşkəsən-XoşbulaqMarşrut boyu qar yağır. 5-6 dərəcə şaxta var. Yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətində tədbirlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
14Şəmkir – GədəbəyMarşrut boyu qar yağır, 4-5 dərəcə şaxta var. Yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətində tədbirlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. 
15Ələt – Astara – İran İslam Resp. ilə dövlət sərhədiYolun Lənkəran-Astara hissəsinə sulu qar və qar yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
16Masallı – YardımlıQar yağır, şaxta yoxdur. Gün ərzində yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.  
17Lənkəran – LerikQar yağır, Lerik rayonu ərazisində 3-4 dərəcə şaxta var. Gün ərzində yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.  
18Hacıqabul – Bəhramtəpə – HoradizYağış və sulu qar yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top