Hakim “Gürcü Arzusu” və “Xalqın gücü” partiyaları parlament seçkilərində vahid siyahı ilə iştirak edəcəklər – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Hakim “Gürcü Arzusu” və “Xalqın gücü” partiyaları parlament seçkilərində vahid siyahı ilə iştirak edəcəklər

Tbilisi, 16 iyul, AZƏRTAC

Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası oktyabrın 26-da keçiriləcək parlament seçkilərində “Xalqın Gücü” partiyası ilə birlikdə vahid siyahı ilə iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının icraçı katibi Mamuka Mdinaradze partiyanın yeni mərkəzi ofisinin və seçki kampaniyasının açılışında məlumat verib.

İcraçı katib bildirib ki, “Xalqın Gücü” ictimai hərəkat olaraq 2022-ci ildə “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının deputatları tərəfindən yaradılıb.

Birliyin məqsədi xalqın hakimiyyətin ətrafında daha sıx birləşməsinə nail olmaqdır. Cari ilin mart ayında “Xalqın Gücü” hərəkatı partiyaya çevrilərək parlament seçkilərində iştirak etmək planlarını açıqlayıb.

Bu gün hər iki partiya parlament seçkilərində birgə iştirak etmək barədə qərarını açıqlayıb. Hər iki siyasi partiya parlament seçkilərində vahid siyahı ilə iştirak edəcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top