Hakerlərin “gov.az”a bənzətdikləri saxta domenlərin fəaliyyəti məhdudlaşdırılıb – FOTO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Hakerlərin “gov.az”a bənzətdikləri saxta domenlərin fəaliyyəti məhdudlaşdırılıb – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən üç rüb ərzində qeydə alınmış və dövlət qurumlarından daxil olmuş məlumatlar əsasında kiberhücumların analizi ilə 871 kiberhücum indikatoru (IOC) müəyyən edilib və bloklanması ilə dövlət qurumlarına qarşı hazırlanmış xüsusi hədəflənmiş APT kiberhücumların qarşısı alınıb.

Bu barədə məlumat XRİTDX-nın dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmin edilməsi üçün gördüyü işlər üzrə doqquz aylıq bülletenində yer alır.

Bülletendə qeyd olunur ki, bu kibertəhdidlərin 322-si daxili araşdırma, 549-u isə dövlət qurumları tərəfindən daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunub.

Bununla yanaşı, birinci yarımildə Dövlət Xidməti kiberkəşfiyyat imkanlarından istifadə etməklə dövlət qurumları domenlərinə (gov.az) bənzədilmiş 65 saxta domenin ölkə üzrə fəaliyyətinin qarşısını alıb. Bunun nəticəsində hakerlər tərəfindən xüsusi hədəflənmiş kiberhücum hazırlıqlarında onların dövlət qurumları adından istifadə etmək planları pozulub və kiberhücum cəhdləri qabaqlanıb.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top