Hacıqabulda vətəndaşları aldadaraq 60 min manata yaxın pulunu mənimsəyən şəxs saxlanılıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Hacıqabulda vətəndaşları aldadaraq 60 min manata yaxın pulunu mənimsəyən şəxs saxlanılıb

Hacıqabul, 8 iyun, Aydın Yavərzadə, AZƏRTAC

Vətəndaşları aldadaraq zərərçəkənlərin pullarını mənimsəyən Azər Əliyev Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, adıçəkilən şəxs avtomobil elanı saytlarında müxtəlif markalı avtomobillərin şəkillərini özünə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək dəyərindən ucuz qiymətə satılması barədə elanlar yerləşdirib. Ona zəng edən vətəndaşlara “beh” göndərmələri üçün bank hesab nömrəsini təqdim edib, pulları əldə etdikdən sonra isə telefon zənglərinə cavab verməyərək əlaqəni kəsib.

Ümumilikdə 15 zərərçəkəni aldadan A.Əliyev onların 60 min manata yaxın pulunu ələ keçirib. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top