Hacıqabul Sənaye Məhəlləsində orqanik gübrə istehsalı idxaldan asılılığı aradan qaldıracaq - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Hacıqabul Sənaye Məhəlləsində orqanik gübrə istehsalı idxaldan asılılığı aradan qaldıracaq

Hacıqabul rayonunda yerləşən Sənaye Məhəlləsində fəaliyyətə başlayan orqanik gübrələr müəssisəsində 42 növdə gübrə istehsal olunacaq.
Hacıqabul Sənaye Məhəlləsində orqanik gübrələrin istehsalına başlanılıb.
AZAGROMİLA şirkətinin direktoru Ramazan Karaşahinin sözlərinə görə, orqanik gübrə istehsalı Azərbaycanda bir ilkdir. Burada istehsal olunan gübrələr tərkibinə görə seçilir və əsasən orqanik və mineral xammallardan hazırlanır. Orqanamineral gübrələrin hazırlanması üçün 112 növ müxtəlif təbii xammaldan istifadə edilir. Müəssisə fəaliyyətə başladığı vaxtdan 30 növ müxtəlif çeşiddə orqanik gübrələr istehsal edilib. Əvvəllər belə tərkibli gübrələr ölkəyə xaricdən gətirilirdi. Lakin istehsal olunacaq gübrələr hesabına bu təminat ödənildiyi üçün idxaldan asılılıq aradan qalxacaq. Həmçinin Sənaye Məhəlləsində istehsal olunan məhsulların Ələt terminalı vasitəsilə Xəzər dənizinə çıxarılaraq qonşu ölkələrə satılması planlaşdırılır. Artıq bu istiqamətdə bir neçə ölkə ilə danışıqlar da aparılıb. Müəssisə il ərzində 9 min ton istehsal gücünə malikdir. Hacıqabul Sənaye Məhəlləsində müəssisə üçün 1800 kvadratmetrlik bina ayrılıb . Müəssisə hesabına daimi iş yerlərinin də açılmasına şərait yaradılıb. Artıq 30 nəfər işlə təmin olunub. Gələcəkdə müəssisənin fəaliyyət dairəsi genişləndikcə işçi sayının da artırılması nəzərdə tutulur. Müəssisədə istehsal fəaliyyətinin həyata keçirilməsi üçün müasir standartlara uyğun cihazlar quraşdırılıb. Gübrələr minimum 1 kq-dan başlayaraq 20 kq-dək qablaşdırılır./AZƏRTAC

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top