
“Güzəştli mənzil” elektron sistemində yeni funksiya aktivləşdirildi
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən “Elektron hökumət” portalında istifadəyə verilmiş “Güzəştli mənzil” sistemindən istifadədə rahatlığı artırmaq məqsədilə müvafiq təkmilləşdirilmə işləri davam etdirilir.
Sistemin son funksional yeniliyi agentliyin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək məqsədilə müraciət etmiş və şəxsi elektron kabinetə sahib olmuş vətəndaşlara qeydiyyat zamanı sistemə daxil etdikləri əlaqə vasitələrini istənilən an real vaxt rejimində dəyişmək imkanını təmin edir.
Bu funksional yenilik vasitəsilə vətəndaşlar şəxsi elektron kabinetlərinə daxil olaraq –“şəhər telefonu”, “mobil telefonları”, “elektron poçt ünvanı”, “sms bildirişlər üçün mobil telefon” və “faktiki yaşayış ünvanı” bölmələrində daha öncə qeyd etdikləri məlumatı yeniləyə bilərlər.
Qeyd edilən dəyişikliklər istifadəçinin daim aktiv əlaqə vasitələrindən istifadə etməklə bildirişlərdən vaxtında xəbərdar olmasına xidmət edir.
BƏNZƏR MƏQALƏLƏR
“Zəfər yolu”nun inşası sürətlə davam etdirilir
Şuşanın düşməndən azad edilməsinin mənəvi rəmzi olan “Zəfər yolu”nun dövlətimizin başçısının tapşırıq və sərəncamına əsasən, […]
M1 magistralının 16-30-cu km-lik hissəsində təmir-bərpa işlərinin 1-ci hissəsi bitib
ECONOMİC: Avtomobil yollarının təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına […]
Su problemlərinin innovativ həllinə istiqamətlənən layihəyə start verildi
ECONOMİC: Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan […]