Gürcüstanla Azərbaycan arasında yeni gömrük-keçid məntəqəsi açılacaq – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Gürcüstanla Azərbaycan arasında yeni gömrük-keçid məntəqəsi açılacaq

Tbilisi, 9 iyun, AZƏRTAC

Gürcüstanla Azərbaycan arasında yeni gömrük-keçid məntəqəsi açılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş nazir İrakli Kobaxidzenin parlamentə təqdim etdiyi illik hesabatında məlumat verilir.

Sənədə əsasən, artıq tərəflər arasında müqavilə layihəsi razılaşdırılıb, memarlıq layihəsi hazırlanır.

“Gürcüstan və Azərbaycan arasında yeni birgə gömrük-keçid məntəqəsi ölkələrin tranzit və logistika imkanlarının inkişafına töhfə verəcək, regionun nəqliyyat və ticarət əlaqələrini daha da gücləndirəcək”, – deyə məlumatda bildirilir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top