Gürcüstanda qeyri-gürcüdilli məktəblərin ibtidai sinif müəllimləri üçün imtahanlar təşkil ediləcək – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Gürcüstanda qeyri-gürcüdilli məktəblərin ibtidai sinif müəllimləri üçün imtahanlar təşkil ediləcək

Tbilisi, 7 iyun, AZƏRTAC

Gələn ildən Gürcüstanda qeyri-gürcüdilli məktəblərin ibtidai sinif (I-IV sinif) müəllimləri üçün kombinə edilmiş imtahanlar təşkil ediləcək.

Bu barədə AZƏRTAC-a iqtisadiyyat üzrə fəlsəfə doktoru, ictimai fəal Aygül İsayeva məlumat verib.

Bildirib ki, Gürcüstanın Xalq Müdafiəçisi (Ombudsman) əsaslandırılmış müraciətlər əsasında Azərbaycandilli məktəblərdə diskriminasiya faktlarının olmasını etiraf edib. Həmin müraciətlərdə bir sıra problemlərlə yanaşı ibtidai sinif müəllimlərinin üzləşdiyi çətinliklər, gürcü və qeyri-gürcüdilli məktəblər arasındakı kəskin fərq də əksini tapıb. Müraciətlər əsasında araşdırma aparıldıqdan sonra Xalq Müdafiəçisi Levan İoselianı Gürcüstanın Təhsil, Elm və Gənclər naziri Giorgi Amilaxvariyə müraciət edib.

Təhsil, elm və gənclər naziri Giorgi Amilaxvari iyunun 3-də Ombudsmanın məktubuna cavab verib.

Bildirilib ki, 2025-ci ildə qeyri-gürcü dilli məktəblərin ibtidai sinif müəllimləri üçün kombinə edilmiş imtahanlar təşkil olunacaq.

“Qeyri-gürcüdilli məktəblərin/sektorların müəllimlərinin maraqlarını nəzərə alaraq və onların karyera yüksəlişinə kömək etmək məqsədi ilə 2025-ci ildə qeyri-gürcüdilli məktəblərin ibtidai sinif (I-IV sinif) müəllimləri üçün kombinə edilmiş imtahanının təşkilini təmin etmək üçün hazırlıq işləri aparılır”- deyə, məktubda vurğulanır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top