MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

945124

Gürcüstanda bu gündən ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb

Mayın 3-dən 12-dək Gürcüstanda ictimai nəqliyyat fəaliyyətini dayandırılıb.

ECONOMİC.Az APA-ya istinadən bildirir ki, bu barədə Koronavirusla Mübarizə üzrə İdarələrarası Koordinasiya Şurası tərəfindən qərar qəbul edilib.

Qərarda qeyd edilib ki, infeksiyanın yayılmasına qarşı daha təsirli mübarizə aparmaq məqsədilə bu addım atılıb.

Əlavə olaraq, bildirilib ki, ölkə ərazisində 4-11 may tarixləri istirahət günü olacaq. Özəl və dövlət qurumlarının işçilərinə məsafədən işləmək tövsiyə olunub.

 

Qadağanın taksilərə və şəhərlərarası daşınmalara təsiri olmayacaq.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top