
Gürcüstan xarici dövlətlərə olan borcunun həcmini açıqlayıb
Bu ilin iyul ayının 1-nə olan məlumata əsasən, ölkənin ümumi xarici borcu 163 260 dollar artaraq 6,142,531 min dollara bərabər olub.
Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında məlumat verilib.
Bildirilir ki, cari ilin 6 ayının yekunlarına görə, Gürcüstanın Azərbaycana 6,107 milyon ABŞ dolları həcmində borcu var.
Aylıq müqayisədə ölkənin Azərbaycana borcunda 184 min dollar azalma qeydə alınıb.
Gürcüstanın ən çox borcu olduğu ölkələr sırasında Almaniya birinci (372,396 milyon dollar), Fransa ikinci (457,182 milyon dollar), Yaponiya üçüncü yerdədir (213,377 milyon dollar).
Gürcüstanın Türkiyə, Rusiya və Ermənistana isə borcu aylıq müqayisədə nisbətən azalaraq müvafiq olaraq 11,780 milyon dollar, 46,019 milyon dollar və 6,326 milyon dollar təşkil edib. AzərTac
BƏNZƏR MƏQALƏLƏR
Bu şəxslər “WhatsApp” istifadə edə bilməyəcəklər
“WhatsApp” tərəfindən fevralın 8-də qüvvəyə minəcək yeni məxfilik siyasətinə görə, məlumatları “Facebook”-da paylaşmaq üçün icazə […]
Azərbaycanda ÜDM 4,5 faiz artacaq
2021-ci ildə Azərbaycan iqtisadiyyatının 1,9 faiz səviyyədə inkişaf edəcəyi gözlənilir. Economic.az xəbər verir ki, bu […]
Bu gün “OPEC+” nazirlərinin toplantısı keçiriləcək
Yanvarın 4-də OPEC və qeyri-OPEC ölkələrinin (“OPEC+”) nazirlərinin 13-cü videogörüşü baş tutacaq. Economic.az AZƏRTAC-a istinadən […]