MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

qaz

Gürcüstan Rusiyadan qaz alışını dayandırdı

Gürcüstan bu ilin sonuna qədər “Qazprom”dan qaz almağı planlaşdırır, aprel ayından qaz təchizatı Azərbaycandan olan tədarük hesabına həyata keçirilir.

Economic.Az azvision.az-a istinadən xəbər verir ki, bunu Gürcüstanın energetika naziri Kaxa Kaladze İctimai televiziyanın efirində bildirib.

Nazirin sözlərinə görə, Gürcüstan yanvar ayından mart ayına qədər Rusiyadan 100 milyon kub metr qaz alıb. O, vurğulayıb ki, bu ilin əvvəlində “Qazprom”la bağlanan müqavilə Rusiyadan qaz asılılığını azaltmağa imkan verir.

“Rusiya qazının Ermənistana tranzitinə görə aldığımız vəsaitlə, biz Azərbaycandan qaz almaq imkanına malikik. Lazım olsa İrandan da qaz ala bilərik”,- deyə Kaladze vurğulayıb.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top