MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

dollar

Gürcüstan əhalisinin banklara 8 milyard dollardan çox borcu var

Gürcüstan əhalisinin banklara olan borcu keçən il artaraq 2018-ci il yanvarın 1-nə 19,7 milyard lari (təqribən 8,7 milyard dollar) təşkil edib.

Bu barədə Gürcüstan Milli Bankı məlumat yayıb.

Məlumatda deyilir ki, bu da 2017-ci ilin analoji dövrü ilə müqayisədə 1,4 milyard lari, 2016-cı ilin analoji dövrü ilə müqayisədə isə 6,4 milyard lari çoxdur.

Bankın məlumatına görə, hesabat dövründə xarici valyuta – dollar ilə verilən kreditlərin həcmi 1,7 milyard azalaraq 5,1 milyard lari olub. Milli valyuta ilə götürülən kreditlərin həcmi isə 2 milyard artaraq 6,4 milyard dollar təşkil edib.

Amma hüquqi şəxslərin dollarla götürdüyü kreditlərin həcmi artaraq 7,3 milyard dollar olub. 2017-ci ildə isə bu göstərici 6,8 milyard dollar olub.

AzerTac

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top