MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

IMG-20220428-WA0005

Gürcüstan-Asiya-Afrika ölkələrinin birgə Ticarət Palatasından yeni xəbər

“Bizim Palata ilə əməkdaşlıq etmək istəyənlərə dəstək olmağa hər zaman hazırıq”.
Bu sözləri Gürcüstan-Asiya-Afrika ölkələrinin birgə Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyinin sədri Rəna Qəfərova bildirib.
“Azərbaycan vətəndaşlarından kimlər ki, Gürcüstanda şirkət açmaq istəyirsə, məlumat üçün deyim, qonşu ölkədə 4 azad iqtisadi zona var. Həm də ki, Gürcüstanın iqtisadiyyat üçün əlverişli olması mühümdür. Əgər Azərbaycan şirkətləri bu gün Gürcüstan şirkətləri ilə əməkdaşlıq edirsə və onlarda hər hansı problemlər yaranıbsa bizim Palataya müraciət edə bilərlər. Bizim Ticarət Palatası bununla bağlı böyük dəstək göstərir”.
R.Qəfərova Palatanın digər məsələri ilə bağlı da məlumat verib:
“Palatamızın Qana Respublikasında, Hindistanda, BƏƏ-də də nümayəndəliyi var. Bununla bağlı şirkət açmaq, əməkdaşlıq etmək və şirkətini qeydiyyatdan keçirtmək istəyənlər varsa Ticarət Palatamız dəstək olmağa və hər növ əməkdaşlığa hazırdır”.
“Eyni zamanda da biz Azərbaycana bu ölkələrdən investorlar cəlb edilməsi ilə bağlı yazışmalar edirik. Ölkəmizin son illərdə iqtisadi göstəricilərinin daima artdığını müşahidə edirik və yeni iş yerlərinin, biznes imkanlarının açılmasının nə dərəcədə əlverişli olduğunu qeyd edirik. Bununla bağlı Azərbaycana böyük maraq var. Payız aylarında bu ölkələrdən gələn qonaqlarla, investorlarla birgə forum keçirəcəyik”.
Ətraflı məlumat üçün:

050 210 23 74
azerbaijan@gaacc.ge

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top