“Gulf Air” aviaşirkəti iyundan Manama-Bakı reysini yerinə yetirməyə başlayacaq - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Gulf Air” aviaşirkəti iyundan Manama-Bakı reysini yerinə yetirməyə başlayacaq

“Gulf Air” aviaşirkəti iyun ayından Bəhreynin paytaxtı Manamadan Bakıya uçuşlar yetirməyə başlayacaq.

Economic xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.

Bildirilib ki, Bəhreynin “Gulf Air” aviaşirkəti 2018-ci il iyunun 12-dən etibarən Manamadan Bakıya birbaşa reyslər həyata keçirəcək.

Uçuşlar həftədə üç dəfə – çərşənbə axşamı, cümə axşamı və şənbə günləri yerinə yetiriləcək. Təyyarə Bəhreyn Beynəlxalq Aeroportundan yerli vaxtla saat 01:20-də uçacaq, Bakıya isə yerli vaxtla saat 05:00-da çatacaq. Bakıdan uçuş saatı 05:45-də həyata keçiriləcək, Bəhreyn aeroportuna isə yerli vaxtla saat 07:25-də enəcək.

Qeyd edək ki, Bəhreyn Beynəlxalq Aeroportu paytaxt Manamadan 7 kilometr aralıda Əl-Mühərrək adasında yerləşir.

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top