Gülçöhrə Məmmədova: Ötən tədris ili universitetimiz üçün yaddaqalan hadisələrlə zəngin oldu – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Gülçöhrə Məmmədova: Ötən tədris ili universitetimiz üçün yaddaqalan hadisələrlə zəngin oldu

Bakı, 5 iyul, AZƏRTAC

2023/2024-cü tədris ili universitetimiz üçün yaddaqalan hadisələrlə zəngin oldu. Tələbatı nəzərə alaraq dizayn ixtisasını Memarlıq fakültəsindən ayırdıq və ayrıca bir fakültəyə çevrildi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova “Məzun günü”ndə jurnalistlərə müsahibəsində deyib.

Rektor ikili diplom proqramlarına və akkreditasiya proseslərinə də diqqət çəkib: “Xarici universitetlərlə həyata keçirilən ikili diplom proqramları çərçivəsində yeni uğurlar əldə olundu. İngiltərənin qabaqcıl ali təhsil müəssisəsi olan Vestminster Universiteti ilə ikili diplom müqaviləsi imzalandı və bununla bu cür proqramlarımızın sayı 6-ya çatdı. Yeri gəlmişkən qeyd edim ki, aktiv ikili diplom müqavilələrinin sayının artırılması üzrə sistemli iş aparırıq. İlin ən yaddaqalan hadisəsi universitetin 4 ixtisası üzrə beynəlxalq akkreditasiyanın əldə edilməsi oldu. İnşaat mühəndisliyi ixtisası üzrə həm bakalavr, həm də magistratura, nəqliyyat tikintisi ixtisası üzrə isə bakalavr səviyyəsində Beynəlxalq Akkreditasiya və Reytinq Agentliyinin (IAAR) akkreditasiyasını əldə etdik. Bununla yanaşı, memarlıq ixtisasımız nüfuzlu Britaniya Memarlarının Kral İnstitutunun (RIBA) ikinci dəfə 5 illik akkreditasiyasından keçərək uğurunu yenilədi. Əlbəttə ki, bu, universitetimizlə yanaşı, ölkəmiz üçün də böyük uğurdur, məzunlarımız üçün sərhədsiz iş imkanıdır”.

Qeyd edək ki, bu il 2 mindən çox gənc AzMİU-dan məzun olub.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top