
“Google”da marşrut xətləri barədə məlumat bərpa olunacaqmı?
Hazırda paytaxtda fəaliyyət göstərən müntəzəm marşrut xətləri ilə bağlı məlumatların əldə olunmasında hər hansı bir çətinlik yoxdur. Belə ki, sərnişinlər bunun üçün alo141.az saytından istifadə edə bilərlər. Multifunksional portala daxil olan istifadəçilərin paytaxtın nəqliyyat sistemi, o cümlədən də müntəzəm marşrut xətləri ilə bağlı məlumatları əldə etmək imkanı vardır.
Economic.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyəti yanında Bakı Nəqliyyat Agentliyi (BNA) Bakının “Google Maps” xəritəsindən ictimai nəqliyyat marşrutlarının yığışdırılması ilə bağlı “Ölkə.Az”ın sorğusuna cavab olaraq deyib.
Açıqlamada bildirilir ki, “Necə getməli” bölməsinə daxil olmaqla səfərləri əvvəlcədən planlaşdırmaq mümkündür. Bunun üçün gediş planına uyğun olaraq, A və B nöqtələri qeyd edilir. Buna əsasən, xəritə üzərində A və B nöqtələri arasında məsafəni piyada, hansı avtobusla və ya metronun yaşıl və ya qırmızı xətti ilə gediləcəyi, dayanacaqların sayı, ictimai nəqliyyatda istifadə olunacaq zaman, eyni zamanda istifadəçinin şəxsi minik avtomobili ilə necə getməli olduğu və sərf edəcəyi zaman göstərilir.
Avtobuslar bölməsində isə istənilən marşrutun nömrəsini seçməklə xəritədə həmin marşrut üzrə hazırda xətdə olan avtobuslar, onların getdiyi yolu, əsas dayanacaqları və xəttin uzunluğunu görmək olar.
Açıqlamada həmçinin bildirildi ki, sərnişinlərin marşrut xətləri ilə bağlı zəruri məlumatlarla təmin edilməsi, eləcə də məlumatlandırma imkanlarının daha da yaxşılaşdırılması məqsədi ilə “Google Maps”in nəqliyyat komandası ilə də danışıqlar aparılır. Danışıqların nəticəsi olaraq çox qısa vaxtda paytaxtın müntəzəm marşrut xətləri ilə bağlı məlumatları “Google Maps” üzərindən də əldə etmək mümkün olacaq.
Xatırladaq ki, artıq bir neçə gündür Bakının “Google Maps” xəritəsindən ictimai nəqliyyat marşrutları yığışdırılıb. Buna səbəb kimi isə BNA-nın mövcud proqramı operativ məlumatlarla təmin etməməsi göstərilir.
BƏNZƏR MƏQALƏLƏR
Heydər Əliyev prospektində YENİLİK – VİDEO
Bakı Nəqliyyat Agentliyinin təklifinə uyğun olaraq Heydər Əliyev prospekti əsas yolun “Bağırov” körpüsü kimi tanınan […]
“Fərqlənmə nişanı”nın verilməsi proseduru sadələşdirildi
Avtomobil nəqliyyatı ilə daşımalara dair prosedur qaydalarının təkmilləşdirilməsi məqsədilə fərqlənmə nişanlarının verilməsi ilə bağlı müvafiq […]
Hava Limanı – “28 May” ekspress marşrut xətti üzrə sərnişindaşımalar bərpa edilir
İyunun 7-dən H1 Hava limanı – “28 May” ekspress marşrut xətti üzrə sərnişindaşımaları bərpa ediləcək. […]