MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

google-76517_1280

“Google” “YouTube” bloqerlərindən vergi tutmağa hazırlaşır

Economic.az: Amerikanın “Google” korporasiyası “YouTube” üzərindən işləyən bloqerlərdən 2021-ci ilin iyunundan vergi tutmağa hazırlıq görür. Rusiyanın “Kommersant” qəzetinin yazdığına görə, gəlirlər haqqında məlumatın təqdim edilmədiyi halda Rusiya bloqelərinin gəlirlərinin 24 faizi avtomatik şəkildə vergi kimi tutulacaq.

“Google” şirkətinin bu təşəbbüsü Amerika hökumətinin vergi qanunvericiliyində ABŞ ərazisindən kənardakı müəlliflərdən vergi çıxılmaları barədə tələbləri ilə bağlıdır.

“Google” şirkəti vergi çıxılması məqsədilə məbləğin düzgün hesablanması üçün may ayının 31-dək müvafiq vergi məlumatlarını təqdim etməyi xahiş edib. “Google” şirkətinin “YouTube” bloqerlərinə göndərdiyi müraciətdə bildirilir: “Əgər vergi məlumatları 2021-ci il may ayının 31-dək təqdim edilməsə, “Google” “YouTube” üzərindən bütün dünyada əldə etdiyiniz gəlirlərin 24 faizinin tutulmasını tələb edə bilər”.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top