MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

google-pixel-6-nin-keyfiyyetli-render-fotolari-teqdim-olunub9606

Google Pixel 6-nın keyfiyyətli render fotoları təqdim olunub

Google şirkətinin hələ təqdim olunmamış yeni Pixel smartfonlarının render fotoları internetdə ortaya çıxıb. Sözügedən render fotolar məşhur insayder Jon Prosser tərəfindən təqdim olunub. Təqdim olunmuş render fotolardan belə qənaətə gəlmək olar ki, Google şirkəti son illər ərzində ilk dəfə smartfonlarının dizaynlarında radikal dəyişikliklər edəcək. Məlumata əsasən Google Pixel 6 smartfonu tamamilə yeni arxa kamera modulu əldə edəcək və o, arxa paneldə üfüqi şəkildə yerləşdiriləcək.

Bununla belə adi Pixel 6 modeli ikili arxa kamera, Pixel 6 Pro isə üçlü arxa kamera ilə təchiz olunacaq. Hər iki modelin ekranı nazik çərçivələrə, ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntıya və inteqrasiya edilmiş barmaq izi skanı texnologiyasına sahib olacaq. Təqdim olunmuş render fotolarından görmək olar ki, smartfonların gövdələri iki rəngin istifadəsi ilə reallaşdırılcaq. Google Pixel 6 seriyasının bu ilin oktyabr ayınn əvvəlində təqdim olunacağı gözlənilir. Məlumata əsasən Google smartfonlarla yanaşı həmçinin Pixel Watch adlı smart saat modelini də təqdim edəcək.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top