MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

chrome

“Google Chrome” brauzerində səhifələrin yüklənmə sürəti 20 faiz artıb

“Chromium” əsasında işləyən “Chrome” və başqa brauzerlərdə istifadə edilən “V8 JavaScript” mühərrikinin hazırlanmasına məsuliyyət daşıyan komanda ötənilki nailiyyətini paylaşıb. İstehsalçılar “Google” tərəfindən “JavaScript” mühərrikinin məhsuldarlığını ölçmək üçün yaradılmış “Octane” məhsuldarlıq testində bir sıra testlər keçiriblər. Amma “Octane” məhsuldarlıq testi brauzerin real şəraitdəki davranışını əks etdirmir. Buna görə “V8” mühərrikinin tərtibatçılar komandası onu “Facebook”, “Reddit”, “Twitter” və “Wikipedia” kimi məşhur saytlarda yoxlamaq qərarına gəlib.

Tərtibatçılar “JavaScript” mühərrikinin real məhsuldarlığını ölçmək üçün yeni “Speedometer” adlı məhsuldarlıq testi yaradıblar. Yeni testin nəticəsinə görə, tipik veb-səhifələrin yüklənmə sürəti skriptlərin işə düşməsindən asılıdır. Buna görə son ildə optimallaşdırma üzrə aparılmış işlər prosessorun arxitekturasından asılı olaraq, saytların yüklənmə vaxtının 10-20 faiz artmasına səbəb olub.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top