MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

smm

Google, Android 12-ni təqdim etdi! – VİDEO

Google, Android əməliyyat sisteminin yeni versiyasını təqdim edib. Əməliyyat sisteminin beta-versiyası artıq bir sıra smartfonlarda əlçatandır.

Google hələ istehsalçılar üçün təşkil edilən konfransda demişdi ki, ən böyük dəyişiklik dizayna təsir edəcək.

“Android 12, Android tarixində ən böyük dizayn dəyişikliyi olan əməliyyat sistemidir. Rənglərdən, işığa, şəkillərə, hərəkətlərə qədər bu vaxta qədərki bütün təcrübələrimizi yenidən nəzərdən keçirdik. Nəticədə, Android 12 hər zamankindən daha təsirli, dinamik və fərdi oldu”, – deyə Google-dan bildiriblər.

The Verge nəşrinin yazdığına, əsasən Android 12-nin beta-versiyası artıq bir sıra smartfonlarda əlçatandır. Bura Google Pixel 3, 4, 5, Asus Zenfone 8, Xiaomi Mi 11, Mi 11 Ultra, Mi11I, Mi 11X Pro və başqaları daxildir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top