“General Motors” konserni 145,8 milyon dollar cərimələnib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“General Motors” konserni 145,8 milyon dollar cərimələnib

Bakı, 4 iyul, AZƏRTAC

ABŞ-ın avtomobil istehsalçısı “General Motors” 145,8 milyon dollar cərimə ödəməlidir.

AZƏRTAC xəbər verir ki, cərimə avtomobil konserninin atmosferə atılan emissiya qazları ilə bağlı hakimiyyət orqanlarına yanlış məlumat verməsi səbəbindən təyin edilib. Məlum olub ki, “General Motors” avtomobillərinin havaya atdığı karbon qazının miqdarı sənəddə göstəriləndən 10 faiz çoxdur.

Qeyd edək ki, “General Motors” ABŞ-da populyar olan “Chevrolet”, “Buick”, “Cadillac” və GMC avtomobillərini istehsal edir. O, satış həcminə görə dünyada beşinci ən böyük avtomobil istehsalçısıdır.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top