MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

16201191953310164958_367x266.jpeg

Gənclər proqramlaşdırma sahəsində ödənişsiz təhsil ala biləcəklər

Gənclərin İnkişaf və Karyera Mərkəzi (AİKM) “Tech Academy” Təhsil Mərkəzi ilə birgə yeni layihəyə start verib.

AİKM-dən bildiriblər ki, “YouthTech” adlı uzunmüddətli layihənin məqsədi gənc proqramçıların yetişdirilməsi və ölkəmizdə bu sahənin inkişafına töhfə verməkdir.

Layihə çərçivəsində gənclər bu sahədə ən çox tələb olunan kurslarda ödənişsiz və güzəştli təhsil almaq imkanı qazanacaqlar. Gənclər layihə çərçivəsində “Full Stack” (Python/Bootcamp), “Full Stack” (Python), “Front End” (RaectJS) veb-proqramlaşdırma, “QA Manual Testing”, “UX/UI” dizayn (Web Design) mövzularında təşkil olunacaq kurslara qatıla biləcəklər.
Layihənin iştirakçısı olmaq şansı qazanmaq üçün mayın 5-dək https://forms.gle/EZNUTo2aiyf6ccgFA ünvanında qeydiyyatdan keçmək lazımdır.

Qeydiyyatı uğurla tamamlayan gənclər daha sonra test imtahanında və müsahibələrdə iştirak edəcəklər.
Bütün mərhələləri uğurla keçən gənclər layihənin iştirakçısı olmaq hüququ qazanacaqlar.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top