
“Gənclər arasında sahibkarlığın təşviqi: yeni çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib – FOTO
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və YAP Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində “Gənclər arasında sahibkarlığın təşviqi: yeni çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan İqtisadiyyat ve Sənaye nazirinin müavini Sahib Məmmədov layihənin pilot layihə olduğunu qeyd edib və Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətləri, dövlət proqramlarında gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə, yeni biznes və məşğulluq imkanlarının genişləndirilməsinə, fəaliyyətə yeni başlayan sahibkarlıq subyektlərinə dövlət dəstəyinin artırılmasına dair qarşıya qoyulan hədəflər barədə tədbir iştirakçılarına məlumat verib.
Sonra YAP Gənclər Bilriyinin sədri Seymur Orucov konfransın mahiyyəti və uğurları haqqında gənclərə məlumat vermiş, gəncləri sahibkarlığa cəlb etməklə iqtisadiyyatımızın inkişafına dəstək olmalı, həmçinin gənc sahibkarlığa iddialı şəxslərə innovativ düşüncəni aşılamalı və maarifləndirməli olduğunun vacibliyinin bildirmişdir. Qeyd edib ki, təlimin məqsədi bu sahədə çalışan gənclərə şəxsi biznesin qurulması və uğur qazanmaqda yardımçı olmaqdır.
Daha sonra ekspert Arzu Qafarlı, Sahibkarlığın inkişafı üçün ölkədə hərbir şəraitin yaradıldığını, həmçinin sahibkarlara dövlət dəstəyi, maliyyə dəstəyi, həm texniki dəstək, həmdə intelektual dəstək göstərildiyini vurğulamışdır. Ekspert onuda qeyd etdi ki, bugün dövlət başçısının tapşırığı ilə, sahibkaralara dövlət dəstəyinin davam etdirilməsi, iş adamlarına güzəştli kreditlərin verilməsi, lisenziyaların ləğv edilməsi, yoxlamaların iki il müddətinə dəyandırılması sahibkarlar tərəfindən xoş qarşılanmışdır və bunun nəticəsidir ki, 2016-cı ildə ümumi sahibkarlıq subyektinin sayı 700.000-ə yaxın olmuşdur.
A.Qafarlı sahibkarlığın inkişafında və genişlənməsində SKMF-un rolunun da danılmaz olduğunu bildirmişdir.
Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov rəhbəri olduğu qurumun İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə yeni yaradıldığını və arıçılığın inkişaf etdirilməsi üçün arıçılıq məhsullarının tədarükü, qablaşdırılması və marketinqi ilə bağlı müasir yanaşmaların tətbiqi, arıçıların bilik və bacarıqlarının artırılması istiqamətində Nazirliklə birgə layihələrdə iştirak edəcəyini bildirmişdir.
Tədbirdə bir sıra şirkətlərin nümayəndələri çıxış edərək, ölkəmizdə münbit işgüzar mühitin formalaşdırıldığını, bütün bunların gənclərin sahibkarlıq fəaliyyəti üçün əlverişlı imkanlar yaratdığını vurğulamış, sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıya, həyata keçirilən çoxsaylı dəstək tədbirlərinə görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.
BƏNZƏR MƏQALƏLƏR
Respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun tikintisi yekunlaşıb – VİDEO / FOTO
Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət […]
Bu prospekt də hərəkət qismən məhdudlaşdırılacaq
Economic.az xəbər verir ki, yanvar ayının 9 və 10-da Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə […]
Pirallahı rayonunda ümumi uzunluğu 4 km olan daha 2 küçə təmir edildi
Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə […]