Gəncədə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin bölməsi açılacaq - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Gəncədə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin bölməsi açılacaq

Gəncədə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin bölməsi açılacaq. Bu barədə AZƏRTAC-ın müxbirinə MDB işləri, xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentliyin (Rossotrudniçestvo) mətbuat xidmətindən məlumat verilib.

Agentlikdən bildiriblər ki, hazırda “Rossotrudniçestvo” Agentliyinin dünyanın 81 ölkəsində 98 nümayəndəliyi var. Onların hamısı hökumətlərarası sazişlər əsasında fəaliyyət göstərir. Rusiya Federasiyası və Azərbaycan Respublikası hökumətləri arasında saziş əsasında 2009-cu ildən Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Hökumətlərarası sazişə görə, hər iki ölkə razılaşma əsasında bir-birinin digər şəhərlərində mərkəzlərin filial və nümayəndəliklərini aça bilər.

“Rossotrudniçestvo” Agentliyindən verilən məlumata görə, hazırda Azərbaycanın ikinci böyük şəhərində – Gəncədə RİMM-in bölməsinin açılması barədə Azərbaycan Xarici İşlər Nazirliyi ilə danışıqlar aparılır.

Agentliyin mətbuat xidmətindən onu da bildiriblər ki, “Rossotrudniçestvo”nun təkcə paytaxtlarda deyil, başqa şəhərlərdə, ilk növbədə, beynəlxalq humanitar əməkdaşlığın inkişafına dair fəaliyyətin tələb olunduğu şəhərlərdə Rusiya mədəniyyət mərkəzləri açılır. Məsələn, ötən ilin sonunda Tacikistanın Xocənd şəhərində Rusiya Elm və Mədəniyyət Mərkəzinin bölməsi açılıb. Düşənbə və Bakıda mədəniyyət mərkəzləri artıq çoxdan fəaliyyət göstərir. “Rossotrudniçestvo”nun Belarus ərazisində 3 mərkəzi, ABŞ, Braziliya, Polşa və Qırğızıstanın hər birində 2 mərkəzi, Hindistanda tam beş mərkəzi fəaliyyət göstərir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top