Gəncədə karantin qaydalarını pozan tədris mərkəzi aşkarlanıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Gəncədə karantin qaydalarını pozan tədris mərkəzi aşkarlanıb

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları qanunsuz fəaliyyət göstərən daha bir tədris mərkəzi aşkarlayıb. Karantin rejimi qaydalarını pozan mərkəzin rəhbəri və əməkdaşları barəsində qanunamüvafiq tədbirlər görülüb.

Məlum olub ki, ölkəmizdə sanitar-karantin rejimi ilə əlaqədər olaraq bütün tədris müəssisələrinin fəaliyyəti dayandırılsa da, Nizami Gəncəvi prospektində vətəndaş Fətəli Əliyevin icarə əsasında işlətdiyi “Disney_kids_school” uşaq tədris mərkəzi fəaliyyətini davam etdirib.

Fətəli Əliyev – tədris mərkəzinin rəhbəri

Orada 4-5 uşaq yüngül orda gimnasitiki hərəkətlər olunub. Hal lazırda fəaliyyət tam göstərmir. Amma olufdu ki, 4-5 nəfər idmançıyla bir metrə məsafəsi arası olmaqla məşq olunufdu.STIK Bu gün oralarda təmizlik etdiyi üçün ondan istifadə edib məşq ediblər. Bəli, rəsmi olaraq olmazmış məşq eləmək. Bilmirdim, indi nədi qayda qanun ona inşallah riayət edərik.

Eşqin Qasımov – DİN-in mətbuat xidmətinin əməkdaşı

Dərhal polis əməkdaşları tərəfindən vətəndaş Fətəli Əliyevin icarə əsasında işlətdiyi “Disney_kids_school” uşaq tədris mərkəzinin fəaliyyəti dayandırılıb. Mərkəzdəki uşaqlar ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, sanitar-karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib.

Mərkəzin rəhbəri və digər əməkdaşları barədə isə qanunamüvafiq tədbir görülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

atv.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top