Gəncədə 12 ədəd odlu silah satan şəxs saxlanılıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Gəncədə 12 ədəd odlu silah satan şəxs saxlanılıb

Bakı, 12 iyun, AZƏRTAC

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı 2000-ci ildə anadan olmuş Azər Abbasov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildirilib ki, ondan 12 ədəd müxtəlif markalı avtomat və tapança aşkarlanıb. Saxlanılan şəxs silahları Göygöl rayonu ərazisindən götürdüyünü və satmaq üçün Gəncə şəhərinə gətirdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, A. Abbasov barəsində həbs qətimkan tədbiri seçilib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top