Gəncə 2019-cu il üçün Avropa İdman Şəhəri tituluna layiq görülüb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Gəncə 2019-cu il üçün Avropa İdman Şəhəri tituluna layiq görülüb

Bu münasibətlə Gəncə şəhərində idman paradı keçirilib. Beş mindən çox parad iştirakçısı hərbi orkestrin müşayiəti ilə Gəncə Dövlət Universitetinin 3-cü tədris binasının önündən Heydər Əliyev prospekti boyunca şəhərin baş meydanına yürüş edib. Olimpiya, dünya və Avropa çempionları, şəhərin idman məktəblərinin məşqçi-müəllimləri və şagirdləri, Kəpəz Peşəkar Futbol Klubunun heyəti, orta məktəblərin “Şahin”ləri, habelə tələbə-gənclər Gəncənin 2019-cu il üçün Avropa İdman Şəhəri tituluna layiq görülməsini coşqu ilə qarşılayıblar. Şəhər icra hakimiyyətinin və Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən parada Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının fəal gəncləri də qoşulub.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top