
Futbol tarixində yeni rekord qeydə alınıb
FİFA yay transfer pəncərəsinin yekunu barədə hesabat dərc edib. 1 iyul – 1 sentyabr tarixində qüvvədə olan transfer dövründə ümumilikdə 8401 transfer həyata keçirilib.
Bu transferlərə ümumilikdə ödənilən 5,44 milyard dollar futbol tarixində yeni rekord olub.
Məlumata görə, müqavilələrin 59,1 faizi azad agent statusundakı, 15,7 faizi başqa kluba məxsus, 13,8 faizi icarəyə götürülən və 11,4 faizi isə icarədən qayıdan futbolçularla imzalanıb.
“Böyük beşlik” adlandırılan İngiltərə, Fransa, Almaniya, İtaliya və İspaniya klubları isə transferlərə 4,21 milyard dollar xərcləyiblər. Bu, ümumi rəqəmin 77,5 faizini təşkil edib.
İngiltərə klubları hamıdan çox vəsait xərcləyib – 1,44 milyard dollar.
BƏNZƏR MƏQALƏLƏR
Bu şəxslər “WhatsApp” istifadə edə bilməyəcəklər
“WhatsApp” tərəfindən fevralın 8-də qüvvəyə minəcək yeni məxfilik siyasətinə görə, məlumatları “Facebook”-da paylaşmaq üçün icazə […]
Azərbaycanda ÜDM 4,5 faiz artacaq
2021-ci ildə Azərbaycan iqtisadiyyatının 1,9 faiz səviyyədə inkişaf edəcəyi gözlənilir. Economic.az xəbər verir ki, bu […]
Bu gün “OPEC+” nazirlərinin toplantısı keçiriləcək
Yanvarın 4-də OPEC və qeyri-OPEC ölkələrinin (“OPEC+”) nazirlərinin 13-cü videogörüşü baş tutacaq. Economic.az AZƏRTAC-a istinadən […]