Fuad Nağıyev – “Bu ilin ilk yarısında Rusiyadan Azərbaycana 600 mindən çox turist gəlib”. – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Fuad Nağıyev – “Bu ilin ilk yarısında Rusiyadan Azərbaycana 600 mindən çox turist gəlib”.

Azərbaycan-Rusiya regionlararası Forumunda turizm sahəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunur

Sebtyabrın 27-də Bakı Biznes Mərkəzində IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində “Turizm sahəsində əməkdaşlığın inkişafı” mövzusunda “dəyirmi masa” işinə başlayıb.

Tədbirin Azərbaycan tərəfdən moderatoru Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyev və Rusiya tərəfdən Federal Turizm Agentliyinin rəhbəri Oleq Safonov çıxış ediblər.

Fuad Nağıyev son zamanlar turizmin ölkəmizdəki sürətli inkişafından söhbət açıb, bununla bağlı qəbul olunan dövlət proqramlarından, imzalanan fərman və sərəncamlardan, reallaşdırılan layihələrdən bəhs edib. Diqqətə çatdırılıb ki, təkcə bu ilin ilk yarısında Rusiyadan Azərbaycana 600 mindən çox turist gəlib.

Oleq Safonov bildirib ki, tədbir çərçivəsində Rusiya-Azərbaycan turizm potensialı və əməkdaşlığın genişləndirilməsi istiqamədində aktual məsələlər müzakirə ediləcək, həmçinin hər iki ölkənin turizm sənayesi barədə təqdimatlar olunacaq.

“Hazırda turizm dünyada iqtisadiyyatın artmasında rol oynayan önəmli faktordur. Ötən il dünya üzrə 1,3 milyard səfər həyata keçirilib. Rusiya ilə Azərbaycan arasında turizm münasibətlərinin yüksələn dinamika ilə inkişaf etməsi bizi çox sevindirir. 2016-cı il illə müqayisədə 2017-ci ildə Rusiyadan Azərbaycana turist səfərlər 17 faiz artıb”, – deyə O.Safonov qeyd edib.

“Dəyirmi masa” çərçivəsində “Rusiyanın və Azərbaycanın regionlarının turizm potensialının təqdimatı”, “Turizm sahəsində ikitərəfli və çoxtərəfli layihələrin işlənib hazırlanması və həyata keçirilməsi zamanı əməkdaşlıq təcrübəsi”, “Dağıstan (Rusiya) və Azərbaycanın regionları arasında turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin aktual məsələləri”, “Sverdlovsk vilayətində turizm sahəsinin inkişafı təcrübəsi və perspektivlər” və bir sıra digər mövzularda çıxışlar dinlənilib.

AzərTac

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top