Fuad Musayev:“Azərbaycanın idxalı artıq mövcud manat durumuna adaptasiya olub" - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Fuad Musayev:“Azərbaycanın idxalı artıq mövcud manat durumuna adaptasiya olub”

“Zamanla bazar manatın məzənnəsini tələb-təklif əsasında tənzimləyəcək”.

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) tərəfindən uçot dərəcəsinin artırılması manatın məzənnəsinə təsir etməyəcək.

Economic.az  APA-ya istinadən xəbər verir ki, bu sözləri “TuranBank”ın Müşahidə Şurasının sədri Fuad Musayev deyib.

F.Musayevin sözlərinə görə, manatın məzənnəsinə daha çox təsir edən amil tədiyyə balansıdır. “Azərbaycanın idxalı artıq mövcud manat durumuna adaptasiya olub.

Azərbaycanın bundan sonrakı durumu ixracın artımı istiqamətindədir. Real sektor da artıq buna adaptasiya olub. Fikrimcə, ən böyük volatillik geridədir. Manatın məzənnəsini müəyyən dəhlizdə görürəm.

Biz artıq dolların 1,60 manata çatmasını görmüşük və ən pis ssenari artıq geridə qalıb. Zamanla bazar manatın məzənnəsini tələb-təklif əsasında tənzimləyəcək. Banklar və əhali isə buna uyğunlaşmalıdır”, – deyə F.Musayev qeyd edib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top