Fransada yeni baş nazirə qarşı etiraz aksiyaları keçiriləcək – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Fransada yeni baş nazirə qarşı etiraz aksiyaları keçiriləcək

Bakı, 7 sentyabr, AZƏRTAC

Fransa Prezidenti Emmanuel Makronun Mişel Barnyeni Baş nazir təyin edilməsi ciddi narazılıq doğurub.

AZƏRTAC “Figaro”ya istinadla xəbər verir ki, solçu partiyalar bu təyinata qarşı etiraz aksiyası keçirməyi planlaşdırır. Sentyabrın 7-nə nəzərdə tutulan aksiyaya sol qüvvələrlə yanaşı gənclər təşkilatları da qoşulacaq.

“Əyilməz Fransa” Partiyasının koordinatoru Manuel Bonpard bildirib ki, Barnyenin hökumət başçısı təyin edilməsi parlament seçkilərinin inkarıdır. Onun partiyası seçkilərdə cəmi 6,5 faiz səs toplaya bilib.

Barnyenin Baş nazir təyin edilməsinə qarşı Fransa üzrə ümumilikdə 130 yerdə etiraz aksiyası nəzərdə tutulub. Bundan başqa, Fransanın London, Berlin, Monreal və digər böyük şəhərlərdəki diplomatik nümayəndəlikləri qarşısında da etiraz aksiyalarının keçirilməsi planlaşdırılır.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top