Fransada solçu koalisiyanın qələbəsindən sonra Baş nazir istefa verəcəyini açıqlayıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Fransada solçu koalisiyanın qələbəsindən sonra Baş nazir istefa verəcəyini açıqlayıb

Paris, 8 iyul, AZƏRTAC

Fransada növbədənkənar parlament seçkilərində makronçuların məğlubiyyətindən sonra Baş nazir Qabriel Attal istefa ərizəsini Respublika prezidentinə təqdim edəcəyini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, “İpsos-Talan” sorğu mərkəzinin ilkin hesablamalarına görə, Milli Assambleyada solçu koalisiya 171-187 deputatla birinci yerdə, prezident düşərgəsi müttəfiqləri ilə birlikdə 152-163 deputatla ikinci, ifrat sağçı Milli Birlik partiyası isə 134-152 deputatla üçüncü yerdə qərarlaşıb.

Solçu koalisiya parlament seçkilərinin ikinci turunda əksəriyyət əldə etdikdən sonra Baş nazir Attal iyulun 8-də istefa ərizəsini prezident E. Makrona təqdim edəcəyini bildirib.

“Ölkəmiz görünməmiş siyasi vəziyyət yaşayır və bir neçə həftədən sonra dünyanı qarşılamağa hazırlaşır”, – deyə Q.Attal Paris Olimpiya Oyunlarına toxunaraq, vəzifəsinin tələb etdiyi müddətdə səlahiyyətlərini icra edəcəyini deyib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top