Fransa Senatı nəqliyyat işçilərinin tətil hüququnu məhdudlaşdırıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Fransa Senatı nəqliyyat işçilərinin tətil hüququnu məhdudlaşdırıb

Fransa Senatı nəqliyyat işçilərinin tətil hüququnu məhdudlaşdırıb

Bakı, 10 aprel, AZƏRTAC

Fransa Senatı nəqliyyat işçilərinin tətil hüququnu məhdudlaşdıran qanun layihəsini qəbul edib.

AZƏRTAC “Figaro”ya istinadla xəbər verir ki, Senat nəqliyyat işçilərinin bayram, məktəblilərin yay tətili, seçkilər və ölkə əhəmiyyətli tədbirlər zamanı tətil keçirməsini qadağan edib. Bundan başqa, qanun layihəsinə görə, pik saatlarında minimal xidmət təmin edilməlidir.

Ekspertlərin fikrincə, Senat bu yolla nəqliyyat işçilərinin Paris Olimpiadası zamanı planlaşdırdığı tətilin qarşısını almağa çalışır.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top