Fransa Sahibkarlar Təşkilatının nümayəndələri Bakıya səfərə gəlir - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Fransa Sahibkarlar Təşkilatının nümayəndələri Bakıya səfərə gəlir

Fransa Sahibkarlar Təşkilatının – “MEDEF International”ın Fransa-Azərbaycan Biznes Şurasının üzvlərindən ibarət nümayəndə heyəti Bakıya səfərə gələcək.
Nümayəndə heyətinə “MEDEF International”ın icraçı direktoru Filip Qotye rəhbərlik edəcək.
Aprelin 7-8-də reallaşacaq səfərdə “MEDEF International”ın Fransa-Azərbaycan Biznes Şurasında fransız şirkətlərini təmsil edən 25 iş adamı Bakıda həmkarları ilə görüşəcəklər.
Nümayəndə heyətinin 25 üzvü nəqliyyat (yol, dəmir yolu, hava) və infrastruktur, enerji sektoru (ənənəvi və bərpa olunan enerji), mühəndislik və memarlıq, bank və bank xidmətləri, şəhər xidmətləri və yüksək texnologiyalar sahəsində şirkətləri təmsil edir.
Bu şirkətlərin əksəriyyətinin Azərbaycanda və ya qonşu bazarlarda uğurlu tərəfdaşlıq əlaqələri var. Onlar mobillik, ağıllı şəhər xidmətləri, enerji səmərəliliyi, dayanıqlı infrastruktur və tikinti, texnoloji suverenlik kimi ən aktual problemlərin həlli sahəsində mükəmməl təcrübəyə malikdirlər./AzerTag

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top