
Fransa Sahibkarlar Təşkilatının nümayəndələri Bakıya səfərə gəlir
Fransa Sahibkarlar Təşkilatının – “MEDEF International”ın Fransa-Azərbaycan Biznes Şurasının üzvlərindən ibarət nümayəndə heyəti Bakıya səfərə gələcək.
Nümayəndə heyətinə “MEDEF International”ın icraçı direktoru Filip Qotye rəhbərlik edəcək.
Aprelin 7-8-də reallaşacaq səfərdə “MEDEF International”ın Fransa-Azərbaycan Biznes Şurasında fransız şirkətlərini təmsil edən 25 iş adamı Bakıda həmkarları ilə görüşəcəklər.
Nümayəndə heyətinin 25 üzvü nəqliyyat (yol, dəmir yolu, hava) və infrastruktur, enerji sektoru (ənənəvi və bərpa olunan enerji), mühəndislik və memarlıq, bank və bank xidmətləri, şəhər xidmətləri və yüksək texnologiyalar sahəsində şirkətləri təmsil edir.
Bu şirkətlərin əksəriyyətinin Azərbaycanda və ya qonşu bazarlarda uğurlu tərəfdaşlıq əlaqələri var. Onlar mobillik, ağıllı şəhər xidmətləri, enerji səmərəliliyi, dayanıqlı infrastruktur və tikinti, texnoloji suverenlik kimi ən aktual problemlərin həlli sahəsində mükəmməl təcrübəyə malikdirlər./AzerTag
BƏNZƏR MƏQALƏLƏR
“Sahibkarlar Günü”nə həsr olunmuş Konfrans keçirilib
20 il bundan əvvəl – 2002-ci ilin 25 aprel tarixində Ulu Öndər Heydər Əliyev yerli […]
Sahibkarlara yeni dəstək mexanizmi tətbiq olunacaq
Ölkədə antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və […]
AQSİA Yaponiyadan olan təfdaşları ilə növbəti tədbirini keçirib
Tədbirdə AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva, TET Beynəlxalq Əməkdaşlıq şirkətinin təsisçisi Taro Savada, Yaponiyanın […]