MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

formula 1

Formula-1 yarışları üçün 18 tibbi briqada ayrılıb

Bakıda keçiriləcək Formula-1 yarışları üzrə Avropa Qran-Prisinə tibb işçilərinin cəlb olunması üçün növbələr tərtib olunub. Yarışlar zamanı idmançılara tibbi yardım göstərmək üçün 12 briqada, qonaqlara və gələn tamaşaçılar üçün 6 briqada ayrılıb. Bundan əlavə, 9 həkim heyəti məntəqələrdə növbə çəkəcək.

Bu sözləri Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bildirib.

Baş həkimin sözlərinə görə, yol boyu  tibbi xidmətin təşkili mümkün olacaq.

“Bununla bağlı məntəqə yaradılıb. Yaradılan məntəqə yüksək peşəkarlıq, hazırlıq səviyyəsində cərrahlar, travmatoloqlar və müasir standartlara cavab verən laboratoriyalar fəaliyyət göstərəcək. Kliniki Tibbi Mərkəz, Bakı Sağlamlıq Mərkəzi, Neftçilər xəstəxanası  və digər daha ixtisaslı müəssisələr, elmi tədqiqi  institutlar zərurət olduqda zərərçəkənlərə xidmət göstərməyə hazırdır.

Təcili və təxirəsalınmaz tibbi yardım heyəti Avropa Oyunları ərəfəsində təlimlərdə olub, xarici dil kursları keçib. Gələcəkdə də belə tədbirlərin keçirilməsinə tam hazır vəziyyətdədir”.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top