MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

formula1

Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar könüllülərin müsahibə prosesinə start verilib

Gələn il Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinə könüllülərin müsahibə prosesinə start verilib.

Müsahibə prosesi dekabrın sonunadək davam edəcək. Ümumilikdə 3 min könüllünün qəbulunun nəzərdə tutulduğu Könüllülər Proqramına qeydiyyat prosesi 6 gün davam edib. Bu müddətdə 12 mindən çox müraciət qəbul olunub. Könüllülər işçi qüvvəsi, məkan, aeroport, şəhər və idman əməliyyatları, tamaşaçı xidmətləri, nəqliyyat, marketinq, media əməliyyatları, protokol və mərasim sahələri üzrə fəaliyyət göstərəcəklər.

Formula 1 yarışının ölkəmizdə təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin könüllülər üzrə koordinatoru Tural Hümbətov bildirib ki, artıq müsahibə prosesi üç gündür davam edir. Bu günlər ərzində 450-dən artıq namizəd prosesdə iştirak edib. Qeydiyyatdan uğurla keçən hər bir kəs müsahibə prosesində iştirak edəcək. Müsahibədə əsasən könüllü olmaq istəyən şəxslərin motivasiyasına və liderlik bacarığına xüsusi diqqət yetirilir. Yarış zamanı ölkəmizə çoxlu sayda turistlərin səfər edəcəyi nəzərə alınaraq, onların dil biliklərinə də önəm verilir. Biz onların fərdi və peşəkar inkişafına xüsusi diqqət yetiririk. Könüllülər üçün “Öz biznesimi necə yaradım?”, “Mən necə bloger ola bilərəm?” və digər mövzularda seminarlar təşkil olunacaq. Həmçinin rus və ingilis dillərində danışıq klubları da keçiriləcək. Əlimizdən gələni edəcəyik ki, könüllülərin hazırlığı yüksək səviyyədə aparılsın.

“Daha öncəki yarışlarda olduğu kimi, bu dəfə də 16 yaşdan yuxarı şəxslər könüllü olmaq üçün müraciət ediblər. Müraciət zamanı maksimal yaş məhdudiyyəti yoxdur. Ötən Formula 1 Azərbaycan Qran-Prisində 50-60 yaş arası şəxslər könüllülük fəaliyyəti ilə məşğul olublar”, – deyə T.Hümbətov əlavə edib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top