“FlyArystan” Aktau-Bakı reyslərinin sayını artırıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“FlyArystan” Aktau-Bakı reyslərinin sayını artırıb

Astana, 15 iyul, AZƏRTAC

Qazaxıstanın ucuz qiymətlər təklif edən “FlyArystan” aviaşirkəti (loukosteri) yay fəsli üçün yeni uçuş cədvəlini elan edib.

AZƏRTAC Qazaxıstan mediasına istinadla xəbər verir ki, indi Aktaudan Bakıya həftədə üç dəfə reyslər təşkil olunur.

Aviaşirkət iyulun 16-dan avqustun 30-dək çərşənbə və bazar günləri olmaqla Aktaudan Bakıya reyslər həyata keçirəcək. Bir müddət əvvəl şirkət, həmçinin Astana şəhərindən Bakıya iyun ayından etibarən həftədə iki dəfə – bazar ertəsi və cümə axşamı günləri həyata keçirilən uçuşları bərpa edib.

 

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top