FlameTowersFairmontBakı otelində “BusinessParty” keçiriləcək. - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

FlameTowersFairmontBakı otelində “BusinessParty” keçiriləcək.

 

12aprel 2016-cı il tarixində, saat 18.30-22.00-dək FlameTowersFairmontBakı otelində 3-cü açıq“BusinessParty” keçiriləcək.

Tədbirin əsas məqsədi sahələrdə fəaliyyət göstərən insanların birbaşa ünsiyyət aktivliyini təmin etmək və komfortlu şəraitdə yeni ideyaların, birdə çalışaraq perspektivli  layihələrin yaranmasına kömək etməkdir.

Bu dəfə “İmkanlar Kainatı” mövzusu ilə spiker Kənan Rəhimov çıxış edəcək.

Seminar zamanı insanın fərd və cəmiyyət olaraq hansı imkanları əldə edə biləcəyini, geniş mənada Azərbaycan şirkətlərinin dünya bazarına ixracat istiqamətində tuta biləcəyi effektiv “MadeinAzerbaijan” strateji prinsipləri açıqlanacaq.

“Ragimoff Coaching”şirkəti tərəfindən təşkil olunan tədbirdə Azərbaycanın ən qabaqcıl şirkətlərinin rəhbər nümayəndələri, rəsmi dövlət orqanlarının nümayəndələri, xarici şirkətlərin rəhbərləri, eləcə də marketinq, satış, insan resursları üzrə departament rəhbərləri, kiçik sahibkarlar, müxtəlif profilləri üzrə peşəkarlar iştirak edəcəklər.

Tədbirə dəstək olan şirkətlərin korporativ təqdimatları, rəhbərlərinin çıxışları, korporativ əməkdaşlıq təklifləri və hədiyyələri tədbirə xüsusi dəyər qatacaq.

Ən aktiv ünsiyyət coffee-break zamanı baş verir. Komfortlu məkanda maraqlı şəxslərlə münasib söhbətlər, yeni kreativ ideyaların yaranma ehtimalını daha da artırır.

 

Ragimoff Coaching

Direktor: Kənan Rəhimov

Web: www.ragimoff.az

Email: info@ragimoff.org

Tel.: 012 – 408-05-50

RAGIMOFF COACHING

Ünvan: AZ 1001, Azərbaycan, Bakı, Nizami k. 1/3,

SapphirePlaza 1-ci mərtəbə,

Telefon: (+99412) 408-05-58

Mob./WhatsApp: (+99455) 936-77-33

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top