
“Fitch” Türkiyə iqtisadiyyatı üzrə proqnozunu yüksəldib
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Türkiyə iqtisadiyyatının builki artım tempi üzrə proqnozunu 7,9%-dən 9,3%-dək yüksəldib.
Sözügedən artımın son 10 ildə qeydə alınmış ən kəskin böyümə olacağı gözlənilsə də, COVID-19 pandemiyasının yaratdığı böhrandan bərpa hələ davam edir.
“Fitch”ə görə, 2022-ci ildə ölkə ÜDM-nin artım tempi 3,5%-dək yavaşlayacaq, 2023-cü ildə isə 4,5%-dək sürətlənəcək.
Lakin agentlik qeyd edir ki, sözügedən artım ilə birlikdə ölkədə yüksək və artan inflyasiya müşahidə olunmağa davam edəcək. Belə ki, agentliyin mütəxəssisləri güman edir ki, bu il Türkiyədə illik inflyasiya 17,2%, gələn il 13,4%, 2023-cü ildə isə 10,5% təşkil edəcək.
Xatırladaq ki, 2020-ci ildə Türkiyədə ÜDM-in artım tempi 1,8%-ə, illik inflyasiya isə 12,3%-ə bərabər olub.
BƏNZƏR MƏQALƏLƏR
Türkiyə 42 milyon turist qəbul etmək istəyir
Türkiyə bu il 42 milyon turist qəbul etməyi planlaşdırır. Belə olacağı təqdirdə turizm gəlirlərinin 35 […]
“Google” xəbərlər üçün saytlara pul ödəyəcək
“Google” Almaniya, Fransa və Aİ-nin digər dörd ölkəsindəki 300-dən çox yayımçıya xəbərlərə görə ödənişlər etmək […]
Bu avtomobil şirkəti istehsalı dayandırır
“Volvo Cars” avtomobil şirkəti İsveçdəki Torslanda zavodunda istehsalı dayandırır. İstehsalın dayandırılmasına komponentlərin çatışmazlığı səbəb olub. […]