"Fitch Ratings" Azərbaycanda ÜDM-in artımını proqnozlaşdırır - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Fitch Ratings” Azərbaycanda ÜDM-in artımını proqnozlaşdırır

2021-ci ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) real artımı 2,1 faiz səviyyəsində proqnozlaşdırılır.

“Economic.az” xəbər verir ki, Trend bu barədə “Fitch Ratings” agentliyinin hesabatına istinadən məlumat verir.

Qeyd olunur ki, bu göstərici 2022-ci ildə 2,9 faizədək artacaq.

Hesabata əsasən, neft hasilatının mərhələli şəkildə artırılması və qeyri-neft ÜDM-nin bərpası 2021-ci ilin ikinci yarısından fəallığın artımını dəstəkləyəcək: “2022-ci ildə neft və qaz hasilatı gücünün eyni səviyyədə qalması, daha sonra mərhələli şəkildə azalması gözlənilir”.

Agentlik hesab edir ki, Azərbaycanın geniş enerji resursları, xüsusilə qaz ehtiyatları növbəti 10 il ərzində ölkə iqtisadiyyatının artımını təmin edəcək.

“Fitch”, həmçinin əməliyyat mühiti üzrə proqnozu “mənfi”dən “sabit”ə dəyişib: “2021-ci ilin birinci rübünün sonunda depozitlərin dollarlaşması əmsalı 55 faizədək azalıb”.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top