MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

e69a5f79-70dc-4e87-bcec-7354e4d95296_640

“FİTCH”: AZƏRBAYCAN BÜDCƏ KƏSİRİNİ NEYTRALLAŞDIRMAĞI BACARAN 4 NEFT ÖLKƏSİNDƏN BİRİDİR

Keçirilən islahatlar nəticəsində neft qiymətlərindəki kəskin azalmanın büdcəyə mənfi təsirini neytrallaşdırmağı bacaran ölkələr Konqo, Azərbaycan, Qazaxıstan və Bəhreyn olub. “Report” “Kommersant” qezetinə istinadən xəbər verir ki, bu barədə açıqlama “Fitch” beynəlxalq reytinq agentliyi tərəfindən verilib.

Agentliyin hesabatında bildirilir ki, Fars körfəzi ölkələri isə milli valyutaının məzənnəsinə toxunmadan büdcə xərclərini azaldaraq büdcə kəsirini minimuma endirməyə müvəffəq olub. Qazaxıstan, Rusiya və Azərbaycan isə devalvasiya etməklə neft qiymətlərindəki azalmanın büdcəyə mənfi təsirini aradan qaldıra bilib. Hazırkı neft qiymətlərində kəsirsiz büdcəyə sahib olan yeganə ölkə isə Küveyt olub.

“Fitch” agentliyi 2017-ci il üçün neftiin orta qiymətinin 52,5 dollar/barel olacağını ehtimal edir. Bu qiymət neft hasil edən 14 ölkədən 11-i üçün büdcə kəsirinə səbəb olacaq. Agentlik bildirir ki, “neft hasil edən ölkələrin fiskal və monetar siyasətlərindəki sərtləşdirmə tədbirlərinə baxmayaraq, tam olaraq neft qiymətlərindəki azalmanın təsirindən qurtulmaq mümkün olmayacaq”.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top